“G-20 sammiti Antalyada keçiriləcək. Bu sammitə rəhbərlik Türkiyə üçün böyük şərəfdir”. APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyə prezidenti G-20 ölkələrinə səfərlərə də başlayıb: “Biz sammitə bir ölkə dəvət edə bilərdik və Azərbaycanı dəvət etdik. Azərbaycanın bu sammitə qatılması Türkiyəyə də güc verəcək”.E. Məmmədyarov dəvətə görə Türkiyəyə təşəkkürünü bildirib.