Ukrayna üç aylıq atəşkəsə hazır olduğunu bəyan edib

Ukrayna üç aylıq atəşkəsə hazır olduğunu bəyan edib backend

“Əgər Rusiya razılaşarsa və belə bir addıma hazır olduğunu bildirərsə, münaqişə çərçivəsində Ukrayna da üç aylıq atəşkəsə hazırdır”.

Qaziler.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Rusiya ən azı 30 gün ərzində real atəşkəsə razılaşaraq, sülh danışıqlarına həqiqi hazır olduğunu nümayiş etdirə bilər. Əgər Rusiya 60 və ya 90 günlük atəşkəsə hazırdırsa, biz də hazırıq", - Ukrayna XİN rəhbəri deyib.

QAZİLER.AZ

Diaspora