Tramp Krımın statusu ilə bağlı Zelenskinin qarşısına fakt qoyub

Tramp Krımın statusu ilə bağlı Zelenskinin qarşısına fakt qoyub backend

ABŞ prezidenti Donald Tramp Romada keçirilən görüşdə ukraynalı həmkarı Volodimir Zelenskiyə deyib ki, o, Krımı Rusiya kimi tanımaq planlarından əl çəkmir, lakin Ukraynadan bunu tələb etmir.

Qaziler.az bildirir ki, bu barədə “Axios” yaxın mənbələrə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Ukrayna lideri Ağ Evi işğal edənə deyib ki, qarşıdurmaya son qoymaq üçün güzəştə getməkdən qorxmur, lakin bunun üçün ona kifayət qədər etibarlı təhlükəsizlik zəmanəti lazımdır.

“Görüşdə Zelenski Krımı Rusiya kimi tanımadığını təsdiqləyib və Tramp açıq şəkildə ondan bunu tələb etmədiyini bildirib. Plan Ukraynanın deyil, ABŞ-nin tanınmasını nəzərdə tutur”, - mənbələrdən biri bildirib.

QAZİLER.AZ

Diaspora