İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı danışıqların dördüncü raundunun nə vaxt keçirilə biləcəyi məlum olub.
Qaziler.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin müxbiri Barak Ravid mənbələrə istinadən bildirib.
İki ölkə arasında dolayı danışıqların mayın 3-də, şənbə günü Romada baş tutacağı gözlənilir.
Xatırladaq ki, bundan əvvəl İran və ABŞ rəsmiləri aprelin 26-da Omanda başa çatan İranın nüvə proqramı üzrə danışıqların üçüncü raundu zamanı irəliləyiş barədə məlumat vermişdilər.
QAZİLER.AZ