Peskov Rusiya-ABŞ arasında əldə edilən mühüm nailliyyətdən danışdı

Peskov Rusiya-ABŞ arasında əldə edilən mühüm nailliyyətdən danışdı backend

“Rusiya və ABŞ ikitərəfli münasibətləri bərpa edir və bu, artıq nailiyyətdir”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, tərəflər digər məsələlərlə yanaşı, Ukrayna nizamlanması məsələsini də müzakirə edirlər.

Peskov vurğulayıb ki, Ukrayna böhranına son qoyulması istiqamətində irəliləyiş davam edir. Buna nail olmaq üçün Vaşinqtonla ikitərəfli münasibətlərin qarşısının alınması vacibdir.

“Dialoq başladı. Məhz dialoq prosesində dinc danışıqlar trayektoriyasına doğru irəliləməyə cəhdlər edilir. Bu, şübhəsiz ki, bir nailiyyətdir”, - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

QAZİLER.AZ

Diaspora