Paşinyandan sülh sazişi və Minsk Qrupu barədə açıqlama

Paşinyandan sülh sazişi və Minsk Qrupu barədə açıqlama backend

"Ermənistan sülh sazişi ilə yanaşı ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanat imzalamağa hazırdır".

TASS xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Estoniyaya səfəri zamanı həmkarı Kristen Mixal ilə birgə mətbuat konfransı zamanı bəyan edib.

O, İrəvanın Moskva ilə münasibətlərinə də toxunaraq, qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil.

"Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub. Amma mən çox açıq demək istərdim, məncə, Ermənistanda da çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr səslənir. Bizim heç bir şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik", - deyə Ermənistan hökumət başçısı bəyan edib.

Öz nöbəsində, Kristen Mixal Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzərində razılığa gələ bildiklərinə görə şad olduğunu deyib.

"Ümid edirəm ki, saziş yaxın gələcəkdə imzalanacaq", - Estoniyanın baş naziri bildirib.

Oxu.az

Diaspora