Ağ Evdən Vatikanda Tramp və Zelenski arasındakı danışıqla bağlı AÇIQLAMA

Ağ Evdən Vatikanda Tramp və Zelenski arasındakı danışıqla bağlı AÇIQLAMA backend

Vatikanda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan söhbət məhsuldar olub.

"Report"un ABŞ KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq deyib.

Qeyd edək ki, bu gün Tramp Zelenski ilə görüşüb. KİV-lər Vatikandakı Müqəddəs Pyotr kilsəsində iki nəfərin qarşı-qarşıya oturduğunu əks etdirən fotoşəkillər dərc edib.

Bəzi fotoşəkillərdə Fransa Prezidenti Emmanuel Makron və İngiltərənin Baş naziri Kir Starmerin də görüş yerində olduğu görünür.

Qeyd edək ki, D.Tramp aprelin 26-da Vatikanda Papa Fransiskin dəfn mərasimində iştirak edib. ABŞ Prezidenti artıq Romadan uçub.

Diaspora