“Ermənistan səmimiyyət testindən keçə bilmədi, buna görə də protokolların parlamentdən geri qaytarılması heç bir əhəmiyyət kəsb etmir”
“Sürix protokollarının qüvvəyə minməsi üçün Türkiyənin şərti vardı. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir”.Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
M. Çavuşoğlu bildirib ki, Ermənistan səmimiyyət testindən keçə bilmədi, buna görə də protokolların parlamentdən geri qaytarılması heç bir əhəmiyyət kəsb etmir: “Azərbaycan və Türkiyə Cənubi Qafqazın sülh və təhlükəsizlik məkanına çevrilməsini istəyir. Ancaq Ermənistan fərqli niyyətdədir. Ermənistan xətalarından dönərsə, Azərbaycanın işğal etdiyi torpaqlardan çıxarsa, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa, Cənubi Qafqaz bütünlükdə sülh və təhlükəsizlik məkanına çevrilər”.