Londonda Ukrayna ilə bağlı danışıqlar aşağı səviyyədə keçirilib - Peskov

Londonda Ukrayna ilə bağlı danışıqlar aşağı səviyyədə keçirilib - Peskov backend

“Londonda keçirilən Ukrayna üzrə danışıqlar iclas iştirakçıları arasında fikir ayrılıqları fonunda daha aşağı səviyyədə keçirilib”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Moskva münaqişənin həlli ilə bağlı öz dialoqunu davam etdirir. Kreml nümayəndəsi bildirib ki, Londonda belə danışıqlar aparılmayıb, bunlar yalnız ekspert məsləhətləşmələri olub.

“Biz müxtəlif kanallar vasitəsilə dialoqumuzu davam etdiririk, bu, prosesin başqa tərəfidir. Görürük ki, tərəflərin mövqelərinin yaxınlaşması ilə bağlı problemlər var və bu, Londonda daha yüksək siyasi səviyyədə görüşün keçirilməsi planlarının dəyişdirilməsinə gətirib çıxarıb”, - Peskov bildirib.

QAZİLER.AZ

Diaspora