Ukrayna lideri Volodimir Zelenskinin bir sıra səbəblərə görə Krımı Rusiya kimi tanıması asan olacaq, bunlardan biri də yarımada sakinlərinin Rusiyada qalmaq istəyidir.
Qaziler.az xəbər verir ki, bu barədə hökumət tərəfindən süni intellekt və kriptovalyutalar sahəsində siyasətə məsul təyin edilmiş amerikalı investor Devid Saks “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Krım Zelenski üçün ən asan güzəşt olmalıdır, çünki birincisi, o, son on ildə Rusiyanın tərkibində olub. İkincisi, əhalisinin böyük əksəriyyəti (Qərb sorğularının göstərdiyi kimi) Rusiyanın bir hissəsi olmaq istəyən etnik ruslardır”, - o vurğulayıb.
Nəhayət, Saksın fikrincə, Kiyevin Krımı qaytarmağa gücü çatmır.
Qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp Zelenskinin Kiyevin itirilmiş əraziləri tanımaq niyyətinin olmaması ilə bağlı bəyanatını kəskin tənqid edib.
QAZİLER.AZ