"Kiyev döyüşkən ritorikasına görə Amerikanın hərbi dəstəyini itirmək riski daşıyır".
Qaziler.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Ukraynanın “Public. News” nəşrinə şərhində deyib.
O vurğulayıb ki, eyni zamanda, Avropalı müttəfiqlərin onu tam əvəz etmək üçün resursları yoxdur.
“Əgər Tramp Amerikanın hərbi dəstəyini geri götürsə, bu, real ehtimaldır, Ukrayna fərqi aradan qaldırmaq üçün avropalılara ümid etməlidir. Avropadakı dostlarımız ritorikada yaxşı olsalar da, icrada heç də həmişə yaxşı deyillər”, - Bolton deyib.
Bolton Vaşinqtonun danışıqlar prosesindən çəkilməklə bağlı təhdidlərinə də diqqət çəkib. Onun sözlərinə görə, Ukrayna rəhbərliyi onları ciddi qəbul etməlidir.
QAZİLER.AZ