“Avropa Ukraynadakı münaqişənin bitməsini yox, onun davam etdirilməsini istəyir”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın Avropa dövlətləri ilə ortaq mövqeləri yoxdur, çünki onlardan fərqli olaraq Moskva böhranın diplomatik yollarla, sülh yolu ilə həllinin tərəfdarıdır.
“İndi ortaq mövqelər yoxdur, çünki Avropa danışıqları yox, müharibə istəyir. Biz onları zorla ora sürükləməyəcəyik”, – Peskov bildirib.
Eyni zamanda, Kreml nümayəndəsi Avropanın müstəqil olmadığını qeyd edib. O vurğulayıb ki, qitə ölkələri ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının onlara dediyi hər şeyi edib. Peskov bu günə qədər əsas rolu Vaşinqtonun oynadığını qeyd edib.
QAZİLER.AZ