Papa Fransiskin dəfn mərasimində Rusiyanı kimin təmsil edəcəyi hələlik məlum deyil.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov verib. Onun sözlərinə görə, yas mərasimində Moskvanı kimin təmsil edəcəyi ilə bağlı qərar hələ verilməyib.
“Sizə hələ deyə bilmərəm, qərar hələ verilməyib”, – Peskov vurğulayıb.
Lakin mətbuat katibi dəfn mərasimində Moskvanı kimin təmsil edəcəyi məlum olan zaman bu barədə məlumat verəcəyini vəd edib. Peskov daha başqa şərh verməyib.
Qeyd edək ki, Papa Fransisk Pasxa bayramından bir gün sonra, aprelin 21-də 89 yaşında vəfat edib. Bir çox ölkələrdə onun xatirəsinə kilsə mərasimləri keçirilir. ABŞ prezidenti Donald Trampın vida rasimində iştirak edəcəyi açıqlanıb.
QAZİLER.AZ