Putin: Ukrayna münaqişəsində qələbə, şübhəsiz, Rusiyanın olacaq

Putin: Ukrayna münaqişəsində qələbə, şübhəsiz, Rusiyanın olacaq backend

"Rusiyanın Ukraynadakı münaqişədə qalib gələcəyinə heç kimin zərrə qədər şübhəsi yoxdur".

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bələdiyyə qurumlarının rəhbərləri ilə görüşü zamanı bildirib.

Kremlin mətbuat xidməti xəbər verir ki, Putin ona verilən hesabatın sonunda Rusiyanın qalib gələcəyi qənaətinə gələn Luqansk Xalq Respublikasının Starobelsk bələdiyyə dairəsinin rəhbəri Vladimir Çernevin sözlərinə cavabında belə deyib.

“Buna heç kim şübhə etmir. Döyüş təcrübəsi olan bir şəxs kimi bunu bizə xatırlatmağınız yaxşıdır”, - Putin cavabında bildirib.

QAZİLER.AZ

Diaspora