Sabah Ukrayna üzrə danışıqların növbəti mərhələsi keçiriləcək

Sabah Ukrayna üzrə danışıqların növbəti mərhələsi keçiriləcək backend

Aprelin 22-də Böyük Britaniyada Ukrayna üzrə danışıqların yeni mərhələsi keçiriləcək.

APA “unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko deyib.

Onun sözlərinə görə, danışıqlarda rəsmi Kiyevin və Qərb ölkələrinin nümayəndələri iştirak edəcək:

“Bu məhz Ukrayna – Avropa – Böyük Britaniya və ABŞ-nin Ukrayna məsələsindəki ümumi mövqeyə gəlməli olduqları məsləhətləşmələrdir. Bundan sonra həmin mövqe Rusiya tərəfinə təqdim olunacaq”.

Diaspora