ABŞ Ukrayna sövdələşməsinə aydınlıq gətirmək üçün konkret gün sayı göstərmir, lakin nizamlanma məsələsində tezliklə razılığa gəlmək istəyir.
Qaziler.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə bildirib.
"Bu tapşırığın yerinə yetirilməsi üçün konkret gün sayımız yoxdur. Amma biz bütün bunları tez bir zamanda etmək istəyirik", - o deyib.
Tramp əlavə edib ki, münaqişə tərəflərindən biri prosesi çətinləşdirərsə, ABŞ münaqişənin həlli ilə bağlı sazişdən çıxacaq.
Bu yolla o, ABŞ dövlət katibi Marko Rubionun ABŞ-nin yaxın bir neçə gün ərzində münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında vasitəçilik cəhdlərindən əl çəkə biləcəyi ilə bağlı sözlərini şərh edib.
QAZİLER.AZ