Paris teraktına görə qaçqınları günahlandırmayın

Paris teraktına görə qaçqınları günahlandırmayın backend

Birləşmiş Millətlər Təşkilatı (BMT) Parisdə İŞİD-in törətdiyi terakta görə Avropaya gələn qaçqınları günahlandırmamağa və onları ölkədən qovmamağa çağırıb.

ANS PRESS-in “Euronews”ə istinadən məlumatına görə, Paris terrorçularından birinin üzərindən Suriya pasportunun çıxmasından sonra, Avropada miqrantlara qarşı münasibət artıq dəyişilib. Minlərlə miqrant və qaçqının Qərbi Avropaya daxil olmağa çalışdığı bir vaxtda Avstriya - Sloveniya sərhədin hər iki tərəfində təhlükəsizlik qüvvələri gücləndirilmiş yoxlamalar keçirir.

Sərhədçilər Yaxın Şərq, Asiya və Afrika regionlarında müharibə və yoxsulluqdan qaçan insanların üzərini bir-bir yoxlayır, onlara aid əşyaları və çantaları diqqətli şəkildə gözdən keçirir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bəzi ölkələrin miqrantlarla bağlı qəbul olunmuş yardım proqramlarını dayandırmasını və qaçqın böhranının nizama salınması üçün götürdükləri öhdəlikləri yerinə yetirməməsindən dolayı narahatlıq ifadə edib.
Diaspora