Azərbaycan və Sloveniyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Tanya Fayon geniş tərkibdə danışıqlar aparıblar.
Xarici İşlər Nazirliyindən “Report”a bildirilib ki, tərəflər energetika, rəqəmsal innovasiyalar, ekoloji dayanıqlılıq, təhsil və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər, həmçinin regional təhlükəsizlik, qarşılıqlı əlaqə və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.