Zaxarova Rusiyanı Sumı faciəsində ittiham edənləri “diz çökməyə” çağırdı

Zaxarova Rusiyanı Sumı faciəsində ittiham edənləri  “diz çökməyə” çağırdı backend

Rusiyanı Sumıda dinc sakinləri atəşə tutmaqda ittiham edənlərin hamısı Kiyevin özü vəziyyətə aydınlıq gətirməsindən sonra “dünya qarşısında diz çökməlidir”.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.

Diplomat vəziyyəti anlamadan “Çirkabı Rusiyanın üstünə atmağa” başlayan Avropa liderlərini tənqid edib.

Zaxarova qeyd edib ki, Sumiyə hücuma reaksiya verən Avropa liderləri “rəqabətli rusofobiyanın çılğınlığında” Moskvanı mülki şəxslərə hücum etməkdə ittiham etməyə başladılar. Eyni zamanda, Sumı vilayət hərbi administrasiyasının rəhbəri Vladimir Artyuxun qadın və uşaqların iştirakı ilə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin toplantısını təşkil etmək qərarı hətta ukraynalıların özlərinin də hiddət dalğasına səbəb olub, - diplomat qeyd edib. Onun sözlərinə görə, bu, Ukrayna prezidenti Volodimir Zelenskini Artyuxun istefaya göndərilməsi barədə qərar qəbul etməyə məcbur edib.

“Yaraqlıların toplantısı ləğv olunanda hamı bir ağızdan Rusiyanı günahlandırmağa başladı. Və məlum olanda ki, hakimiyyət qəsdən bu canavarları uşaqlarla ört-basdır edib, hamı susdu. Məntiqlə bu nəşrlərdən və istefalardan sonra onlar indi bütün dünyanın qarşısında diz çökməlidirlər”, - Rusiya XİN nümayəndəsi vurğulayıb.

QAZİLER.AZ

Diaspora