Avropanın təhlükəsizliyində rol oynamağa hazırıq - Ərdoğan

Avropanın təhlükəsizliyində rol oynamağa hazırıq - Ərdoğan backend

Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında danışıb.

O qeyd edib ki, Avropa İttifaqına üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır:

“Türkiyə tam üzv kimi İttifaqdakı yerinə tezliklə sahib olmalıdır. Biz bu istiqamətdə fəaliyyət göstərməyə hazırıq. Avropa İttifaqından lazımi addımların atılmasını gözləyirik”.

Türkiyə Prezidenti ölkəsinin ABŞ ilə ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasına böyük önəm verdiyini diqqətə çatdırıb.

Ərdoğan Rusiya ilə münasibətlərə də diqqət çəkərək ikitərəfli ticari əməkdaşlığını davam etdirəcəklərini vurğulayıb:

“Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasının tərəfdarıyıq və bu məsələyə dəstək verməyə hazırıq”.

Diaspora