Kürd deputat parlamentə buraxılmayacaq

Kürd deputat parlamentə buraxılmayacaq backend

Türkiyə Böyük Millət Məclisində keçirilən andiçmə mərasimində qalmaqal baş verib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, and içərkən mətndən kənara çıxaraq kürd dilində danışan Xalqların Demokratik Partiyasının (HDP) Ağrıdan olan millət vəkili Leyla Zananın andı qəbul edilməyib.

İclasa sədrlik edən Dəniz Baykal Leyla Zanaya andın təkrarlanmalı olduğunu bildirib. Lakin Zana kürsüyə çıxmayıb. Bu halda isə Leyla Zana parlamentin iclaslarına qatıla bilməyəcək.

Qeyd edək ki, HDP-li millət vəkili anda başlamadan əvvəl kürd dilində “Şərəfli və əbədi bir sülh ümidi ilə” mənasını verən, andın sonunda isə “Böyük türk milləti” ifadəsinin əvəzinə “Böyük Türkiyə milləti” ifadəsini işlədib.

24 il əvvəl də parlamentdə and içmək üçün kürsüyə qalxan Leyla Zana eyni hərəkəti etmişdi.
Diaspora