Avropa İttifaqının demokratiya ilə bağlı açıq müzakirəyə ehtiyacı var.
Qaziler.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fitso öz “Facebook” səhifəsində məlumat verib.
"Aİ-nin demokratiya, Slovakiya və Serbiyada baş verənlər haqqında açıq müzakirəyə ehtiyacı var", - deyən Fitso Aİ orqanlarının tez-tez təlimat verdiyini vurğulayıb.
Fitso Brüsselin Gürcüstanda qanuni yolla seçilmiş hökumətə qarşı təşkil edilən “Maydan”a məhəl qoymamasına, Rumıniya və Fransada prezident seçkilərinin favoritlərinin “qəribə şəraitdə” kənara çəkilməsinə diqqət çəkib.
O, həmçinin bildirib ki, Slovakiyada Hollandiya bank hesablarından maliyyələşən “qəribə QHT-lər” hər həftə etiraz aksiyaları üçün səbəblər uydururlar.
Fitso Qərbin diktələrinə tabe olmayan Serbiya prezidenti Aleksandar Vuçiçi dəstəklədiyini də bildirib.
QAZİLER.AZ