Rusiyanın Ukraynadakı hərbi obyektlərə endirdiyi zərbələrin effektivliyi Ağ Evin rəhbəri Donald Trampı qorxuya salıb.
Qaziler.az bildirir ki, bu fikirləri hərbi ekspert Vasili Dandıkin “NEWS.ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski BMT-yə məktub yazmağa başlayıb.
"Biz hərbi zavodları, rabitə vasitələrini, o cümlədən xarici muzdluların toplaşdığı qatar stansiyalarını, Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-ların quraşdırıldığı sexləri, Ukrayna Silahlı Qüvvələrinin yerləşdirmə məntəqələrini və s. vururuq. Bu zərbələr kifayət qədər kütləvidir - raketlər, pilotsuz təyyarələr. Görünür, onların effektivliyi ABŞ-də hardasa çaşqınlığa səbəb olub. Krivoy Roqdan sonra Zelenski BMT-yə yazmağa başlayıb”, - Dandıkin deyib.
Onun sözlərinə görə, Kiyev müvəqqəti atəşkəs haqqında razılaşmaları pozsa da, Rusiya Ukraynanın enerji sektoruna və ya mülki hədəflərə zərbə vurmur. Hərbi ekspert xatırladıb ki, atəşkəs aprelin 18-də başa çatacaq.
"Belə davam etsə, Ukrayna Silahlı Qüvvələrinin enerji strukturlarına tam gücümüzlə zərbə vursaq, Ukraynanı məhv edəcəyik, hansı ki elektrik enerjisi son dərəcə vacibdir. Atəşkəsin bitməsinə isə 10 gün qalıb. Görək Pasxada nə baş verəcək”, - Dandıkin qeyd edib.
QAZİLER.AZ