İran ABŞ-la yalnız nüvə proqramı ilə bağlı danışıqlar aparacaq

İran ABŞ-la yalnız nüvə proqramı ilə bağlı danışıqlar aparacaq backend

İran ABŞ ilə aparılacaq danışıqlarda yalnız nüvə proqramı məsələsini müzakirə edəcəyini açıqlayıb.

QAZİLER.AZ  APA-ya  istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Həmid-Rza Haci Babayi Oman Məsləhət Şurasının sədri Xalid əl-Maavali ilə görüş zamanı bəyan edib.

“Mövcud şəraitdə biz yalnız nüvə proqramı ilə bağlı danışıqlara hazırıq, digər məsələlərin heç bir əhəmiyyəti yoxdur”, – Haci Babayi vurğulayıb.

Diaspora