Bizə, bizim dilimizə nifrət edən polyak istehsalçılarından hər şeyi gözləmək olar! Rafaello konfetləri ilə dükanlarımız boldur. Hələ SSRİ dağılmaq ərəfəsində olan dönəmdə Polşaya və ümumiyyətlə, Avropaya ayaq açmış iş adamlarımızın Azərbaycana gətirdikləri ilk konfetlərdən biri də “Rafaello” konfetləri oldu. Bu konfetlər tanınmış İtaliya şirkəti olan “Ferrero”nun çeşidlərindən sayılır.
Polşada bu şirkətin filialı post-sovet ölkələri üçün “Rafaello” və digər çeşiddən olan konfetləri istehsal edir. Bakıda dükan və marketlərdə biz əsasən Polşadan ixrac edilən “Rafaello”ları görürük. Amma konfet qutularının arxasında müxtəlif dillərdə yazılar diqqət çəkir.“Rafaello” konfet qutularının arxasında (və ya böyüründə) ilk yerdə ERMƏNİ dilində yazı gəlir. Sonra isə, gürcü, nəhayət, Azərbaycan, özbək və rus dilində. İngilis və hətta polyak əlifbasına görə, ilk yerdə erməni, daha sonra Azərbaycan dilində yazılar getməli idi. Çünki, ARM-erməni kodudur. Əlifbaya görə, AZE-Azərbaycan kodundan əvvəl gəlməli idi. Amma polyak istehsalçıları araya gürcü dilində mətni dürtmüşlər.
Deməli, ermənilər və gürcülər xristian olduqları üçün onları yuxarı çəkmişlər. Beləliklə, xristianpərəstlik, müsəlmanlara və türklərə nifrət polyak istehsalçılarını, yəni FERRERO şirkətinin Polşadakı filialının başçılarını dayandira bilməmiş, bununla da Azərbaycana olan nifrətlərini büruzə vermişlər.
İkinci bir məsələ, polyak anti-türkçüləri, islama düşmən münasibət bəsləyən polyaklar üçün erməni və gürcü müştərilər daha böyük önəm kəsb edir. Axı, qondarma “Ermənistanın” və gürcü dövlətciklərinin əhalisini bir yerə yığsan heç Bakının əhalisi qədər etməz, o ki qalmışdı Azərbaycanın. Niyə Azərbaycan bazarına polyak anti-türkçüləri belə biganə yanaşırlar? Əgər onlar üçün xristian erməni və gürcü müştəriləri belə əzizdirlərsə, getsinlər öz konfetlərini məhz onlara sırısınlar. Biz nəyə görə, öz pulumuzu polyak ermənipərəstlərinə, xristian təəssübkeşlərinin varlanmasına xərcləməliyik?
Ümumiyyətlə, niyə Azərbaycanda erməni dilində yazısı olan mallar satılmalıdır?
Görünür, burada məsələ göründüyü qədər sadə deyil. Erməni və gürcüləri bizdən əziz tutan polyak anti-türkçülərinin, islamofoblarının bu konfetlərinin Azərbaycana sırınmasında ayrı məqsədləri də var. Kim bilir, əgər RAFAELLO-nun polyak istehsalçıları belə Azərbaycana nifrət bəsləyirlərsə, “X” vaxt çatanda bu konfetlərin içinə radioaktiv maddə və ya digər zəhər yükləyib Azərbaycana, bizi zəhərləməyə yollaya bilməzlərmi? Axı, bizə, bizim dilimizə nifrət edən polyak istehsalçılarından hər şeyi gözləmək olar!
Azərbaycana nifrət edən ermənipərəst, xristianpərəst polyakların konfetlərini Azərbaycana gətirən biznesmenlərimizi mən ittiham etmirəm. Azərbaycan biznesmenlərinin bəzilərinin savadsızlığı, milli özünüdərkinin primitiv olduğu, qarnına görə erməniyə və s. milli düşmənlərimizə yaltaqlıq etməsini bütün dünya bilir...
Pərviz ELAY