Putinin təklifini Quterreş qəti şəkildə rədd etdi

Putinin təklifini Quterreş qəti şəkildə rədd etdi backend

Ukraynanın xarici idarəçiliyə ehtiyacı yoxdur, ölkə hörmət edilməli olan legitim hakimiyyətə malikdir.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müvəqqəti hökumətin yaradılması təklifinə cavab olaraq deyib.

Qeyd edək ki, bundan öncə Vladimir Putin Ukraynada mövcud hakimiyyətin legitim olmadığını, beynəlxalq təcrübənin beynəlxalq himayə altında fəaliyyət göstərəcək müvəqqəti administrasiya yaratmağa imkan verdiyini bildirib. Onun fikrincə, bu, yeni seçkilərin keçirilməsinə, xalqın etimadını qazanan işlək hökumətin formalaşmasına imkan verəcək, onunla sülh sazişi üzrə danışıqlar aparmaq mümkün olacaq.

 

 

 

Diaspora