Brüssel müharibəyə hazırlaşır - Orban

Brüssel müharibəyə hazırlaşır - Orban backend

“Mən Brüsselin müharibəyə hazırlaşdığını görürəm. Buna ciddi yanaşılmalıdır”.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli mediaya müsahibəsində deyib.

O, Brüsselin avropalı ailələrin 72 saatlıq ərzaq ehtiyyatına malik olmaq çağırışının arxasında müharibənin dərinləşdirilməsi planlarının olduğunu qeyd edib.

“İndi onların Brüsseldən bütün avropalı ailələrə 72 saatlıq ərzaq ehtiyyatına malik olmaq mesajları göndərməsi gülməli görünür, lakin bunun arxasında bu insanların düşüncəsində nə olduğuna baxmaq qorxuncdur. Onlar nəyəsə hazırlaşırlarmı? Hazırda mən Avropanın müharibə ilə təhdid edildiyini görmürəm. Görünür Brüssel müharibəyə davam etmək istəyir. Onlar Ukraynanı dəstəkləməklə bu müharibəyə qoşulublar. Biz sülhün tərəfindəyik, silah tədarük etmirik. Lakin müəyyən ölkələr var və mən Brüsselin onların vəkili kimi çıxış etdiyini görürəm, onlar bu müharibəni daha da dərinləşdimək istəyirlər, onlar sülhməramlılar, əsgərlər haqqında danışırlar. Mən hər ailənin 72 saatlıq qidaya malik olması kimi xəbərlərlə daha dərin müharibə üçün siyasi hazırlıqların olduğunu da hiss edirəm. Mən macar ailələrə mesajımı göndərirəm ki, onların qeyri adi heç nəyə ehtiyacları yoxdur, müharibə təhdidi yoxdur. Macarıstan müharibəyə qoşulmayacaq. Avropa müharibəyə qoşulsa belə biz sülhün tərəfində olacağıq".

Diaspora