Avropa Komissiyası təhdidlərin qarşısını almaq üçün Hazırlıq Strategiyasını təqdim edir

Avropa Komissiyası təhdidlərin qarşısını almaq üçün Hazırlıq Strategiyasını təqdim edir backend

Bu gün Avropa Komissiyası və ali nümayəndə Avropa İttifaqına üzv dövlətləri dəstəkləmək və qitəyə yönəlmiş təhdidlərin qarşısını almaq qabiliyyətini artırmaq üçün Hazırlıq Strategiyasını təqdim edir.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X"də yazıb.

O qeyd edib ki, meşə yanğınlarından tutmuş kritik infrastruktura qarşı kiberhücumlara qədər yeni reallıqlar tam hazırlıq tələb edir:

"Vətəndaşlarımız, üzv dövlətlərimiz və bizneslərimiz həm böhranların qarşısını almaq, həm də fəlakət baş verəndə cəld reaksiya vermək üçün düzgün vasitələrə ehtiyac duyurlar".

Bildirilib ki, strategiya İttifaqın məqsədlərini irəlilətmək üçün 30 əsas fəaliyyət və ətraflı Fəaliyyət Planını əhatə edir.

Diaspora