İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verməyib.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.
“Biz hələ ABŞ prezidentinin məktubuna cavab verməmişik. Cavabımız yekunlaşmaq üzrədir və vaxtında göndəriləcək”, - Əraqçi vurğulayıb.
O əlavə edib ki, İran maksimum təzyiq və hərbi təhdidlər, artan iqtisadi sanksiyalar altında ABŞ ilə birbaşa danışıqlar aparmayacaq.