Ər-Riyadda Rusiya və ABŞ arasında gərgin dialoq olub

Ər-Riyadda Rusiya və ABŞ arasında  gərgin dialoq olub backend

"Bazar ertəsi Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və ABŞ-nin ekspert qrupları arasında keçirilmiş danışıqlarda dialoq asan alınmayıb, lakin iki ölkə üçün faydalı olub".

Oxu.Az xəbər verir ki, bunu TASS-a Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri, Rusiya nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin deyib.

"Hər şey müzakirə edildi, çətin dialoq oldu, lakin bizə və onlara çox faydalı oldu. Bir çox problemi müzakirə etdik. Əlbəttə, heç də hər şeyi həll etmədik, hər şeydə razılığa gəlmədik", - deyə Q.Karasin bildirib

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında danışıqlar beynəlxalq birliyin, o cümlədən BMT və ayrı-ayrı ölkələrin iştirakı ilə davam etdiriləcək.

Diaspora