Almaniya Prezidenti Azərbaycana ilk dəfə rəsmi səfər edəcək

Almaniya Prezidenti Azərbaycana ilk dəfə rəsmi səfər edəcək backend

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ermənistan və Azərbaycana ilk dəfə rəsmi səfərlər edəcək.

Bu barədə “Report” Almaniya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər 30 mart - 2 aprel tarixlərində baş tutacaq, Ştaynmayeri həyat yoldaşı Elke Büdenbender müşayiət edəcək.

Ermənistana səfər çərçivəsində prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşlər planlaşdırılır. Ştaynmayer həmçinin bir sıra mədəni tədbirlərdə iştirak edəcək.

Azərbaycanda Ştaynmayer rəsmi şəxslərlə görüşlər keçirəcək. Səfərin gündəliyinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna səfər və xristian, müsəlman və yəhudi dini icmalarının nümayəndələri ilə görüşlər daxildir.

Diaspora