Ukrayna bəzi ərazilərindən imtina edəcək? - ABŞ-dan KRİTİK AÇIQLAMA

Ukrayna bəzi ərazilərindən imtina edəcək? - ABŞ-dan KRİTİK AÇIQLAMA backend

"Ukraynadakı münaqişənin həlli Kiyevin təhlükəsizlik zəmanəti müqabilində bəzi ərazilərdən imtina etməsi ilə nəticələnəcək".

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals açıqlamasında deyib.

“Gələcək təhlükəsizlik zəmanətləri və Ukraynanın gələcək statusu üçün ərazilərlə variant nəzərdə tutulur”, - deyə siyasətçi suala cavab verib.

Martın 13-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə münaqişə çərçivəsində ərazi mübahisələrini həll etməyin çətin olduğunu bəyan edib. O qeyd edib ki, bu mövzu danışıqlar zamanı ətraflı müzakirə tələb edir, Kiyevin mövqeyi isə dəyişməz olaraq qalır. Zelenski vurğulayıb ki, Ukrayna heç vaxt Krımı, Xerson və Zaporojye vilayətlərini, həmçinin DXR və LXR-i Rusiyanın bir hissəsi kimi tanımayacaq.

 

 

Diaspora