İsrail müsəlman dövlətlərlə əlaqə qurmaqda Azərbaycanın onlara kömək edə biləcəyini söylədi

İsrail müsəlman dövlətlərlə əlaqə qurmaqda Azərbaycanın onlara kömək edə biləcəyini söylədi backend

İsrailin keçmiş xarici işlər naziri Tsipi Livni ölkəsi ilə Qüdsə qarşı təcavüzkar olan müsəlman dövlətləri arasında münaqişənin həllində hansı ölkələrin kömək edə biləcəyindən danışıb.

Qaziler.az xəbər verir ki, XII Qlobal Bakı Forumu çərçivəsində “NEWS.ru”nun müxbiri ilə söhbətində Livni Azərbaycanın xüsusi rolunu xüsusi qeyd edib.

“Əminəm ki, Azərbaycanın da öz xüsusi rolu ola bilər. İsraillə Azərbaycanın əla münasibətləri var, Bakı İsrailin təhlükəsizliyini dəstəkləyir. Azərbaycanın Türkiyə ilə xüsusi əlaqələri var və İsrail-Türkiyə münasibətlərində gərginliyin azaldılmasına kömək edə bilər”, - Livni deyib.

O qeyd edib ki, ötən il xüsusilə İsrail və Fələstin münaqişəsi səbəbindən çətin olub. Keçmiş nazirin sözlərinə görə, o, Yaxın Şərqin bir çox dövlətlərinin daxil olacağı yeni təhlükəsizlik alyansının yaradılmasının mümkünlüyünə inanır.

QAZİLER.AZ

Diaspora