Trampın elçisi Uitkoff Rusiyaya səfər edəcək

Trampın elçisi Uitkoff Rusiyaya səfər edəcək backend

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftə Rusiyaya səfər edəcək.

Qaziler.az xəbər verir ki, bu xəbəri Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalında açıqlamasında təsdiqləyib.

"Uitkoff bu həftə Moskvaya gedir", - Ağ Evin mətbuat katibi deyib.

Levitt aydınlaşdırıb ki, Amerika liderinin xüsusi nümayəndəsi Moskvanı Ukraynada 30 günlük atəşkəs haqqında saziş imzalamağa inandırmaq niyyətindədir.

"Ümid edirik ki, onlar razılaşacaqlar", - Ağ Evin mətbuat katibi əlavə edib.

QAZİLER.AZ

Diaspora