“Ağ Evin prezidenti Donald Trampın Tehranla danışıqlara çağırışı ictimai rəyi aldatmaqdır”.
Qaziler.az xəbər verir ki, “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.
O, İran tərəfinin danışıqların aparılmasının və nəticədə sülhün bağlanmasının əleyhinə olmadığını, lakin buna hazır olmadığını vurğulayıb.
"İran niyə danışıqlara hazır deyil? Siz (ABŞ) özünüzə baxın! Bir neçə il oturub danışıqlar apardıq. Və həmin adam imzalanmış, tamamlanmış, danışılmış müqaviləni götürüb, cırıb atıb. Bunun işləməyəcəyini bilərək, necə danışıqlar apara bilərik?", - Xamenei deyib.
QAZİLER.AZ