ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski əvvəllər Rusiya ilə sülh sazişi imzalamaq istəmirdi, lakin bu gün bununla razılaşır.
Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
O vurğulayıb ki, atəşkəsin elan olunmasından sonra münaqişə zonasında tam barışıq olmalıdır, bundan sonra qarşıdurma başa çatacaq.
Nəyəsə nail olmaq ehtimalına yaxınlaşırıq. Ukrayna bizdədir, bildiyiniz kimi, mən həmişə demişəm ki, Ukrayna ilə daha çətindir. Bir həftə əvvəl maraqlı hadisələr baş verəndə burada idiniz. Burada sülh istəməyən biri var idi. İndi o, sülhə razı oldu. Görək bundan sonra nə olacaq?”, - Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl Tramp Moskvanın Ukraynada atəşi dayandırmaq barədə razılığa gələcəyinə ümid etdiyini bildirib. ABŞ prezidenti Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib ki, amerikalı emissarlar artıq Rusiya paytaxtına yola düşüblər.
QAZİLER.AZ