Peskov Ciddədə baş tutacaq ABŞ-Ukrayna görüşünün sirrini açıqlayıb

Peskov Ciddədə baş tutacaq ABŞ-Ukrayna görüşünün  sirrini açıqlayıb backend

“ABŞ Səudiyyə Ərəbistanında yerləşən Ciddədə Ukrayna nümayəndələri ilə görüşün nəticələri barədə Rusiyanı məlumatlandıracaq”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Vaşinqton Kiyevin sülhə hazır olub-olmadığını öyrənəcək.

“Sülh yolu ilə nizamlanmanın yollarını axtaran Amerika tərəfi hansısa üsulla bizə məlumat verəcək”, - Peskov qeyd edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ciddədə Ukrayna nümayəndə heyəti ilə danışıqların müsbət nəticələrə gətirib çıxaracağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu görüşdən sonra “vacib hadisələr” hələ bu həftə baş verə bilər.

QAZİLER.AZ

Diaspora