İsrailin yeni səfirinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb

İsrailin yeni səfirinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb backend

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus vəzifəsinin icrasına iyulda başlayacaq.

Bu barədə “Azerbaijani-Israeli Alliance Global News”a diplomatik mənbədən bildirilib.

“İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus iyulun 28-də rəsmi olaraq vəzifəsinin icrasına başlamaq üçün Bakıya gələcək”, – portalın sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, yanvarın 12-də İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin olunmuşdu.

Report.az

Diaspora