“Danimarkanın Ukraynaya sülhməramlılar göndərməsi Qrenlandiyanı müdafiəsiz qoyacaq".
Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Krallığın Xarici İşlər Naziri Lars Rasmussenin sözlərini şəxsi “Telegram” kanalında şərh edərkən qeyd edib.
“Çox təəssüf edirəm, amma Qrenlandiyanı kim qoruyacaq? Yəqin ki, Ukraynadan Danimarkaya gələn qaçqınlar?” – diplomat istehzalı sual verib.
Martın 10-da Rasmussen və Danimarkanın müdafiə naziri Troels Poulson deyiblər ki, Kopenhagen lazım gələrsə, Ukraynaya sülhməramlılar göndərməyə hazırdır, lakin hələlik konkret planlar yoxdur.
QAZİLER.AZ