MHP sədri: "PKK heç bir şərt irəli sürmədən silahı yerə qoymalıdır"

MHP sədri: "PKK heç bir şərt irəli sürmədən silahı yerə qoymalıdır" backend

"Terrror insanlıq cinayətidir və türk milləti terrorla yaşamağa məcbur deyil".

QAZİLER.AZ  Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı "Terrorsuz Türkiyə" hədəfi ilə bağlı yazılı açıqlamasında deyib.

"PKK və ona bağlı qruplar dərhal və heç bir şərt irəli sürmədən silahlarını yerə qoymalıdır, hətta onları Türkiyə dövlətinə təhvil verməlidir", – deyə o vurğulayıb.

Baxçalı atəşkəs çağırışlarının əsassız olduğunu bildirib:

"Atəşkəs yalnız bərabər güclər arasında mümkündür. Mövcud vəziyyətdə belə bir hüquqi və məntiqli mühit yoxdur. Bu cür çağırışlar vaxt itkisidir. Terror təşkilatının silahlarını tamamilə buraxması və fəaliyyətinə son qoyması vacibdir. Milli birlik və həmrəylik daha da gücləndirilməlidir. PKK heç bir şərt irəli sürmədən silahı yerə qoymalı və təşkilati varlığını sona çatdırmalıdır".

Diaspora