Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hərbi sənaye kompleksinin Avropanın hərbi sənayesini və Avropa təhlükəsizliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti bu barədə Avropa Şurasının sədri Antonio Kosta ilə videokonfrans zamanı deyib.
“Avropa təhlükəsizliyi ilə bağlı bütün addımlarımızı Türkiyə ilə birlikdə planlaşdırmağın ümumi maraqlarımıza uyğun olduğuna inanırıq. Bütün bu addımlar arasında transatlantik əlaqələri maksimum dərəcədə qorumaq və müttəfiqimiz Amerikadan güclü dəstək almaq vacibdir. Qabaqcıl texnologiyalara malik hərbi sənayemiz Avropanın müdafiə sektorunun gücləndirilməsinə töhfə verməyə hazırdır", - Ərdoğan deyib.