Ağ Evin mətbuat katibi Karolayn Levitt “Reuters” agentliyinin Donald Tramp administrasiyasının hazırda Amerika ərazisində olan 240 minə yaxın Ukrayna vətəndaşının qaçqın statusunu ləğv etmək niyyətində olması barədə yayılan xəbəri saxta adlandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə yazı Karolayn Levittin “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.
"Bu, “Reuters”in nədən danışdıqlarını bilməyən anonim mənbələrə əsaslanan növbəti saxta xəbərdir", - Levitt yazıb.
Onun sözlərinə görə, hazırda bu sahədə heç bir qərar verilməyib.
QAZİLER.AZ