Zaxarovadan Makrona çağırış: "Həqiqəti Ollanddan öyrən"

Zaxarovadan Makrona çağırış:  "Həqiqəti Ollanddan öyrən" backend

Fransa prezidenti Emmanuel Makron Minsk razılaşmasının uğursuzluğunun səbəbini sələfi Fransua Ollanddan soruşmalıdır.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib. Diplomat həmçinin siyasətçini Ukraynadakı vəziyyəti nizamlamaq üçün keçmiş cəhdlər barədə yalan danışdığına görə fransızlardan üzr istəməyə çağırıb.

“O, sələfini Yelisey sarayına dəvət etməli, <...> onunla ürəkdən söhbət etməlidir, baxmayaraq ki, buna əmin deyiləm. Bəlkə o zaman Ollandın kamera qarşısında dediklərini eşidəcək. Daha doğrusu o Fransanı təmsil edərkən Minsk razılaşmalarını yerinə yetirmək niyyətində olmayıb”, - Zaxarova qeyd edib.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Olland və Almaniyanın keçmiş kansleri Angela Merkel hər ikisi “işgəncə və təzyiq altında” olmadan etiraf ediblər ki, Minsk razılaşmalarını yerinə yetirmək niyyətində deyillər, çünki onların riayət etmək istədikləri fərqli plan var. Zaxarova Ollandı Makrona dəqiq hansı planı həyata keçirəcəyini söyləməyə çağırıb.

QAZİLER.AZ

Diaspora