“Kiyevə silah tədarükünün dayandırılması münaqişənin tez həllinə kömək edəcək”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov zimbabveli həmkarı Amon Murvira ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
O, bildirib ki, Qərbin Ukraynaya silah tədarükünün dayandırılması Ukrayna münaqişəsinin tezliklə sona çatmasına kömək edəcək.
QAZİLER.AZ