Rusiya Prezidenti Vladimir Putin Aleksandr Darçiyevin Rusiyanın ABŞ-dəkı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
A.Darçiyev bu vəzifəyə təyin olunmazdan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinə rəhbərlik edib.
Vaşinqton onun təyinatı ilə bağlı aqrameni fevralın 28-də verib.