ABŞ gələcəkdə Ukraynaya hərbi tədarükün bərpasını istisna etmir, lakin bu, Vaşinqton və Kiyev arasında aparılan danışıqların nəticəsindən asılıdır.
Qaziler.az xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Oults “Fox News”a müsahibəsində bildirib.
"Düşünürəm ki, əgər biz danışıqlarda uğur əldə edə və bu danışıqlarda irəliləyə, faktiki olaraq bəzi etimad quruculuğu tədbirləri həyata keçirə bilsək, prezident bu pauzaya son qoymağa diqqət yetirəcək", - Ağ Ev rəsmisi açıqlamasında deyib.
QAZİLER.AZ