İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb backend

İran səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib.

O qeyd edib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddialar gündəmə gətirilib.

Qeyd edək ki, daha əvvəl Türkiyə XİN rəhbəri Hakan Fidan İranın Suriyada qeyri-sabitlik yaratmaq cəhdləri və PKK/YPG-yə dəstəyindən imtina etməyə çağırıb. Bu açıqlamadan sonra Türkiyənin İrandaki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Diaspora