Peskov: "Zelenski Ukraynada sülh istəmir"

Peskov: "Zelenski Ukraynada sülh istəmir" backend

"Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evdəki sözləri Kiyevin sülh istəmədiyini və danışıqlara hazır olmadığını göstərib".

Qaziler.az TASS-a istinadla yazır ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı səsləndirib.

Peskov hesab edir ki, Ukrayna münaqişəsinin həlli üçün təkcə Rusiya və ABŞ-nin səyləri yetərli deyil.

"Kiyev rejimi vəziyyəti danışıqlar yolu ilə həll etməkdən imtina edir", - Peskov vurğulayıb.

QAZİLER.AZ

Diaspora