ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı anlaşdığını deyib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, o bu fikirləri Britaniyanın həftəlik “The Spectator” jurnalına müsahibəsində bildirib.
“Onunla yaxşı anlaşa bilirik. O, sərtdir, çox ağıllı və çox maraqlı insandır”, - Tramp bildirib.
ABŞ rəhbəri Rusiya liderini güclü şəxsiyyət də adlandırıb.
Tramp bir daha vurğulayıb ki, o vaxt ABŞ-a rəhbərlik etsəydi, Ukraynada hərbi münaqişə başlamayacaqdı.
QAZİLER.AZ