Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynanın qlobal enerji təhlükəsizliyinin məhv edilməsi istiqamətində fəaliyyətinə diqqət yetirilməsi üçün müraciət edib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Senatorun sözlərinə görə, o, Türkiyə liderinə Kiyevin hələ də belə fəaliyyətlər həyata keçirməsindən Rusiyanın narahat olduğunu bildirib.
“Türk axını və qaz kəməri də daxil olmaqla infrastruktura zərər vurmaq cəhdləri davam edir. Mən Türkiyə tərəfinin buna diqqət yetirməsini xahiş etdim”, - senator jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Matviyenko fevralın 26-27-də Türkiyədə rəsmi səfərdədir.
QAZİLER.AZ